Ana Sayfa > Karusel / Maraqlı / M2 > GÖRƏSƏN YADINA DÜŞÜRƏMMİ HEC?(SUPER ŞEİR)

GÖRƏSƏN YADINA DÜŞÜRƏMMİ HEC?(SUPER ŞEİR)


29-10-2015, 14:30. Yazar: Xeberaz
GÖRƏSƏN YADINA DÜŞÜRƏMMİ HEC?(SUPER ŞEİR)
GÖRƏSƏN
Görəsən yadına düşürrəmmi heç?
Adımı eşitsən karıxırsanmı?
Bayırda çiskinli yağış yağanda
Sən də mənim kimi darıxırsanmı?
* * *
Gülün ləçəyinə düşən şeh kimi
Bəyaz yanağından yaş süzülürmü?
Hər dəfə dönməyə qərar verəndə
Yoluna qürurdan "daş" düzülürmü?
***
Görəsən könlünə düşdüyüm zaman
Mən sənin yuxuna gəlirəmmi heç?
Yəqin maraqlıdır sənə əhvalım
Mən özüm "necəyəm" bilirəmmi heç?
***
Təmiz duyğularım, təmiz hisslərim
Gözümün yaşında yuyulub gedir.
Təmizin nəyini yuyursan, gözüm?
Bilirəm hər şeyi öz qəlbim edir.
***
Görəsən sənə də təsir edirmi
Yazdığım şeirin qəmli sözləri?
Oxusan nə badə ağlama gülüm
Bir də sən islatma nəmli sözləri...
* * *
Müəllif: Nüsrət Həsən
Geri dön