Ana Sayfa > Karusel / Dünya / M2 / Texnologiya > “Microsoft” Nyu-Yorkda mağaza açdı

“Microsoft” Nyu-Yorkda mağaza açdı


27-10-2015, 13:55. Yazar: Xeberaz
“Microsoft” Nyu-Yorkda mağaza açdı
“Microsoft” korporasiyası Nyu-Yorkda pərakəndə satış mağazasını istifadəyə verib.

İKT.lent.az-ın “Vesti”yə istinadən xəbərinə görə, hazırda korporasiyanın ABŞ, Kanada, Puerto-Riko ərazisində 110 pərakəndə satış mağazası fəaliyyət göstərir, lakin ikimərtəbəli yeni Nyu-York mağazası onların ən böyüyüdür.

Yeni mağazada “Microsoft”un ən yeni məhsulları, o cümlədən "Surface Pro 4” planşeti və ilk dəfə buraxılan “Surface Book” noutbuku, "Lumia” seriyasından olan smartfonlar, "Xbox One” oyun konsolu, “Microsoft Band” “ağıllı” bilərzikləri və “4K” təsvir ölçülü 84 düymlük planşetlə tanış olmaq mümkündür.
Yazar
İKT.lent.az Oxunub
96 dəfəTarix
27.10.2015 / 11:16



Geri dön