Ana Sayfa > Karusel / Dünya / Foto-fakt / Xəbəraz TV > İŞİD-dən növbəti görünməmiş edam cəzası - VİDEO

İŞİD-dən növbəti görünməmiş edam cəzası - VİDEO


27-10-2015, 12:43. Yazar: Xeberaz
İŞİD-dən növbəti görünməmiş edam cəzası - VİDEO
Suriyanın antik Palmira şəhərində İŞİD növbəti edam səhnəsinə imza atıb.

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, terrorçular üç nəfəri qədim tikilinin sütunlarına bağlayaraq memarlıq abidəsini partladıblar. Onların nə üstündə belə qəddarlıqla öldürüldüklərinin səbəbi açıqlanmır.

Suriya rəsmiləri öldürülən şəxslərin İŞİD-in Palmiranı tutduğu zaman ələ keçirilən sakinlər olduğunu deyirlər. İŞİD bundan əvvəl də antik şəhərdə bir neçə qədim binanı dağıdıb. Onların arasında məşhur "Zəfər tağı" da var.

UNESCO-nun mədəni irs siyahısına daxil edilən Palmira bu ilin may ayından terrorçuların nəzarətindədir.

Geri dön