Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Məşhurların Taleyi > Mətanət Əliverdiyeva verilişdən getdi

Mətanət Əliverdiyeva verilişdən getdi


27-10-2015, 12:27. Yazar: Xeberaz
Mətanət Əliverdiyeva verilişdən getdi


Aparıcı Mətanət Əliverdiyevanın ATV-də yayımlanan “Hər axşam” verilişinin dünənki buraxılışında efirə çıxmaması diqqət çəkib

Axşam.az-ın məlumatına görə, şoumen Azər Axşam proqramı tək aparıb.

Aparıcı əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:

“Bundan sonra verilişi tək aparacağam. Mətanət xanım başqa layihə ilə efirə çıxacaq”.

Qeyd edək ki, M.Əliverdiyeva “Qız atası” serialında rol alır və ATV-nin radiosunda “Xəbərlər” aparıcısı kimi efirə çıxır. O, bundan əvvəl aparıcısı olduğu "Mənim mətbəxim" verilişindən də getmişdi.
Geri dön