Ana Sayfa > Karusel / Qadınlar / Şou-Biznes > Röya necə formada qalmasından danışdı

Röya necə formada qalmasından danışdı


29-03-2015, 19:20. Yazar: Xeberaz
Röya necə formada qalmasından danışdı

Müğənni Röya Ayxan yumorist Fərda Xudaverdiyevin aparıcılıq etdiyi "Top kimi şou"nun qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi özü ilə bağlı maraqlı etiraflar edib. O, formada qalmağının sirrini açıqlayıb:

"Əsəbiləşəndə qara şokolad yeyirəm. Hirslənən kimi dostlarım tez şokolad uzadır. Yemək az yeyirəm. Çünki çox yesəm, kökələrəm. Elə olur ki, 1 gün heç nə yemirəm, ac qalıram. Alma, ananas olmaz, səsə ziyandı. Hər dəqiqə ət yemirəm. Gərək onu elə bişirsinlər ki, üfürəndə dağılsın. O halda yeyərəm. Toyuq ümumiyyətlə, xoşlamıram. Bir də balıq sevirəm. Əsasən salatla günümü keçirirəm".

R.Ayxan "Səninəm" adlı mahnısından danışaraq, onu heç bəyənmədiyini etiraf edib:

"Yeganə mahnımdır ki, 17 dəqiqəyə oxumuşam. Studiyaya girdim, güclə oxuyurdum. Bu bəstəni heç sevməmişəm. Bir dəfə hava limanında idim, kənardan hamı qışqırdı: "Səninəm" oxuyan. Yanımdakılar dedilər: "Bax, mahnını bəyənmirdin, gör necə sevildi".
Geri dön