Ana Sayfa > Karusel / Təhsil / Foto-fakt / Xəbəraz TV > Azərbaycan təhsilində yenilik - VİDEO

Azərbaycan təhsilində yenilik - VİDEO


26-10-2015, 22:48. Yazar: Xeberaz
Azərbaycan təhsilində yenilik - VİDEO
“İstedadsız uşaq olmur”.

Azərbaycanda istedadlı şagirdlərin “məlumat bankı” yaradılacaq.

Xəbəraz.az -ın xəzər xəbər-ə istinadən məlumatına görə, bu bank həm paytaxtı, həm də regionları əhatə edəcək.

“İstedadsız uşaq olmur, əsas məsələ onun istedadını vaxtında aşkar etməkdir”. Bu səbəblə uşaqların “məlumat bankı” yaradılacaq. Təhsilin inkişafı üzrə dövlət strategiyasında öz əksini tapan bu layihə paytaxtla yanaşı, regionları da əhatə edəcək.

“Məlumat bank”'nın üzvləri üçün məktəb və rayon daxilində bilik yarışları, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq. Onlar olimpiada hərəkatına cəlb olunacaq, beynəlxalq bilik yarışlarına göndəriləcəklər. İstedadlı uşaqlar üçün dərsdən əlavə konkret sahələr üzrə xüsusi məşğələlərin təşkil edilməsi də nəzərdə tutulur.


Geri dön