Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Məşhur kürd müğənni səhnədə öldürüldü

Məşhur kürd müğənni səhnədə öldürüldü


26-10-2015, 20:59. Yazar: Xeberaz

Məşhur kürd müğənni səhnədə öldürüldü

Türkiyədə məşhur kürd müğənni qətlə yetirilib.

Səlim Serhed kürd dilində mahnı oxuduğu üçün elə səhnədəcə qətlə yetirilib.

Xəbəraz.az saytı türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə digər tanınmış türkiyəli müğənni Onur Akay məlumat yayıb.

O, öz Twitter bloqunda yazıb ki, Səlim Serhed mahnı ifa edərkən elə səhnədəcə bıçaqlanıb.

Onun kim və ya kimlər tərəfindən öldürüldüyü açıqlanmır. Yalnız o məlumdur ki, üç uşaq atası olan S.Serhed İstanbulun Avcılar səmtindəki bir gecə klubunda çalışırdı. O, kürdcə mahnılar oxuması ilə məşhur idi. S.Serhedin ən məşhur mahnısı "Brina barış" adlanırdı, eyniadlı albomu Türkiyədə populyar idi.
Geri dön