Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda kredit götürənlər azalıb

Azərbaycanda kredit götürənlər azalıb


26-10-2015, 20:02. Yazar: Murad
Azərbaycanda kredit götürənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə 2 353 885 sorğu gondərilib. AMB-dən Xəbəraz.az-a verilən məlumata görə, bunun 2 213 819-nu banklar və bank olmayan kredit təşkiları (BOKT), qalan 140 666-nı isə sadə vətəndaşlar göndərib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi sorğuların sayı 2,1% artsa da, kredit təşkilatlarınln sorğuları 1,9% azalıb. Əvəzində şəxsi sorğular, yəni öz kredit tarixçəsi ilə maraqlananların sayı 2,95 dəfə artıb.
9 ayın yekununa əsasən, MKR-də haqqında məlumat toplanmış borcalanların sayı 2 milyon 505 min 575, kredit məlumatlarının sayı 10 milyon 427 min 408, zaminlərin sayı isə 1 milyon 184 min 202 olub.

Geri dön