Ana Sayfa > Karusel / M2 / Foto-fakt / Xəbəraz TV > "Fənərbaxça" - "Qalatasaray" derbisinə 70 min pul qoyan azarkeş şok keçirdi (VİDEO)

"Fənərbaxça" - "Qalatasaray" derbisinə 70 min pul qoyan azarkeş şok keçirdi (VİDEO)


26-10-2015, 17:08. Yazar: Xeberaz
"Fənərbaxça" - "Qalatasaray" derbisinə 70 min pul qoyan azarkeş şok keçirdi (VİDEO)


Türkiyədə "Fənərbaxça" azarkeşi olan bir nəfər qeyri-adi addım atıb.

"Fənərbaxça" - "Qalatasaray" derbisinin ona gəlir gətirəcəyini ümid edərək mərc oyununa pul atıb. İzzət adlı gənc avtomobilini sataraq 70 min türk lirəsini (25 min AZN) "Fənərbaxça"nın qələbəsinə qoyub.

Bu əməlini videoya çəkən İzzət özündən əmin olaraq notarusa gedib və avtomobilini sataraq bunu rəsmiləşdirib. Daha sonra aldığı bütün pulu sevimli komandasının qələbəsinə vuran gənc 140 min TL qazanacağını güman edib. Ancaq "Fənərbaxça" - "Qalatasaray" matçı dünən 1:1 hesabı ilə başa çatıb.

Nəticədə 140 min qazanmaq istəyən İzzət əlində olan avtomobilini də itirib.

Geri dön