Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda səfirlik maşınına hücum edən şəxs tutuldu

Bakıda səfirlik maşınına hücum edən şəxs tutuldu


26-10-2015, 10:27. Yazar: Murad
Bakıda səfirlik maşınına hücum edən şəxs tutuldu
Bakıda bir neçə gün öncə Rusiya səfirliyə məxsus avtomobilə hücum edib şüşələrini sındıran şəxs tutulub.

Xəbəraz.az musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində Rusiya səfirliyinə məxsus Jeep Liberty markalı T-00416 nömrəli avtomobilin şüşələri sındırılmışdı.

Araşdırmalar sayəsində müəyyən edilib ki, hadisəni törədən Tovuz rayon sakini 1979-cu il təvəllüdlü Elnur Qasımovdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Qasımov saxlanılıb.
Geri dön