Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Güclü dollar Procter & Gamble-ı "vurur"

Güclü dollar Procter & Gamble-ı "vurur"


25-10-2015, 19:23. Yazar: Murad
Güclü dollar Procter & Gamble-ı "vurur"
Dünyanın ən böyük istehlakçı məhsulları şirkəti Procter & Gamble-ın bütün məhsul kateqoriyalarında satışların aşağı düşməsilə maliyyə ilinin ilk rübündə gəlirləri gözləntilərdən aşağı olub.

Şirkətin satışları 12% azalaraq 16.5 milyard dollara geriləyib və analitiklərin orta təxmini olan 17 milyard dollardan aşağı qalıb.

P&G-nin satışlarının azalmasına, Çin kimi bazarlardakı yavaşlama və güclü dollar təsir göstərib. Şirkət bu təsirləri yüngülləşdirmək üçün yollar axtarışındadır. Qeyd edək ki, Azərbaycanda da dollar bahalaşandan sonra Procter & Gamble-ın məhsulları bahalaşıb. Bu da satışların azalmasına öz təsirini göstərir.

P&G-nin səhmləri Nyu-Yorkda ilk əməliyyatlarda 1.1 faiz azalma ilə 74.02 dollara geriləyib. Səhmlər Cümə gününə qədər bu il 18 faiz ucuzlaşıb.
Geri dön