Ana Sayfa > Karusel / Dünya / M2 > Britaniya imamları İŞİD-ə qarşı onlayn jurnal yaradıb.

Britaniya imamları İŞİD-ə qarşı onlayn jurnal yaradıb.


29-03-2015, 17:09. Yazar: Xeberaz
Britaniya imamları İŞİD-ə qarşı onlayn jurnal yaradıb.
Xeberaz.az xəbər verir ki, “Haqiqah” adlı internet-jurnal sosial şəbəkələrdən fəal istifadə edən İŞİD kimi ekstremist qruplarla mübarizə məqsədilə hazırlanıb. Onlayn dərginin Londonda keçirilən təqdimatda 100-dən artıq dini lider iştirak edib.

Jurnalın yaradıcıları bildirirlər ki, İŞİD-in yalnız Tvitterdə 90 mindən artıq profili var. Bu qrup sosial şəbəkələrdə və onlayn mediada gün ərzində 100 mindən çox post və xəbər yayır.

“Haqiqah” jurnalı internet vasitəsilə gənclərin ekstremist qruplara qoşulmasının qarşısını almağa yönəlib.


Geri dön