Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Bakıda polis piyadanı vurdu - 24 yaşlı gənc öldü

Bakıda polis piyadanı vurdu - 24 yaşlı gənc öldü


25-10-2015, 01:04. Yazar: Xeberaz
Bakıda polis piyadanı vurdu - 24 yaşlı gənc öldü
Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.az musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub.

Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.
Geri dön