Ana Sayfa > Karusel / Aktual > Lisenziyanı daha MTN yox, “ASAN Xidmət” verəcək

Lisenziyanı daha MTN yox, “ASAN Xidmət” verəcək


24-10-2015, 23:48. Yazar: Murad
Lisenziyanı daha MTN yox, “ASAN Xidmət” verəcək
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı”nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi (MTN) tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.


Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə təşkil ediləcək.

Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.
Geri dön