Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda qadın “Mercedes” markalı avtomobil qaçırdı.

Bakıda qadın “Mercedes” markalı avtomobil qaçırdı.


29-03-2015, 16:47. Yazar: Xeberaz
Bakıda qadın  “Mercedes” markalı avtomobil qaçırdı.



Xeberaz.az -in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.
Geri dön