Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO

Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO


24-10-2015, 12:25. Yazar: Xeberaz
Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO
Sankt-Peterburqda Fight Nights keçirilib.

Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar qarışıq döyüş növləri (ММА) Fight Nights üzrə gecə keçirilib, burada məşhur azərbaycanlı döyüşçü Bəxtiyar Abbasov da iştirak edib.

MMA üzrə öz 20-ci döyüşündə Abbasov rusiyalı Həmzət Xiramaqomedovla görüşüb. Təəssüf ki, rusiyalı nokaut ilə qələbə qazanıb.

Bəxtiyar rəqibinin ayaqlarına hücum etmək istəyib, amma alınmayıb. Bundan başqa, rusiyalı dizi ilə rəqibinin qarnına ağrılı zərbə vura bilib. Abbasov artıq döyüşü davam etdirə bilməyib. O, bunu əlini qaldıraraq bildirib. Amma referi rinqdə döyüşü saxlamayaraq Xiramaqomedova daha bir neçə zərbə endirməyə imkan verib. Bundan sonra döyüş dayandırılıb, hakim isə Bəxtiyar Abbasovun məşqçilərindən layiq olduğu etirazı alıb.oxuaz

Geri dön