Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > “Modern insan və Tanrı” kitabı işıq üzü görüb

“Modern insan və Tanrı” kitabı işıq üzü görüb


24-10-2015, 10:41. Yazar: Xeberaz

“Modern insan və Tanrı” kitabı işıq üzü görüb

Böyük şərq mütəfəkkiri və filosofu Baqir Sədrin “Modern insan və Tanrı” kitabı işıq üzü görüb

Nəşriyyatdan verilən məlumata görə, "Modern insan və Tanrı" kitabı elmi və fəlsəfi mövzuları sevən insanların zövq alaraq oxuyacağı bir kitabdır. Bu kiçikhəcmli əsərdə böyük mütəfəkkir və fenomenal şəxsiyyət Baqir Sədr Tanrının varlığını yeni bir metodla – ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modellə isbatlayır.

Bu modelin ən üstün və fərqli cəhəti onun müasir elmlərdə olduğu şəkildə müddəaları isbatlama modelin¬dən istifadə etməsi və abstraktlıqdan uzaq olub hissə, konkretliyə daha yaxın olmasındadır.

Oxucu kitabı mütaliə etdikcə “elm” və “iman”ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.

Kitab nəfis tərtibatla “Parlaq İmzalar” nəşriyyatında işıq üzü görüb və artıq paytaxtın kitab mağazalarında satışdadır. Nəşriyyatdan bildirildi ki, kitabı onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür və kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: www.parlaqimzalar.az

Geri dön