Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > İlham Əliyev Lənkərana pul ayırdı

İlham Əliyev Lənkərana pul ayırdı


22-10-2015, 20:20. Yazar: Xeberaz
İlham Əliyev Lənkərana pul ayırdı
Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xəbəraz.
az -ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə,sərəncama əsasən Lənkəran şəhəri ərazisinə yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat pul ayrılıb.

Azərbaycan Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Geri dön