Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Xaçmazda 26 yaşlı gənc özünü bıçaqladı

Xaçmazda 26 yaşlı gənc özünü bıçaqladı


21-10-2015, 21:07. Yazar: Xeberaz

Xaçmazda 26 yaşlı gənc özünü bıçaqladı
Xaçmazda bıçaqlanma hadisəsi bu gün axşam saatlarında baş verib

Xaçmaz şəhər sakini 26 yaşlı İsmayıl Valeh oğlu İlyasov ağır bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

Bıçaq yarası onun qarın boşluğunda daxilə keçdiyindən həkimlər dərhal yaralının üzərində əməliyyat aparıblar. Hazırda vəziyyətinin ağır stabil olduğu bildirilir.

Bıçaqlanan 26 yaşlı gəncin əsəb xəstəsi olduğu bildirilir. Bu səbəbdən İsmayılın öz-özünü bıçaqladığı bildirilir. Onun atası Valeh İlyasov da deyilənləri təsdiqləyib: "Bəli əsəbləri xəstədir bu adamın. Evdə olan məsələdir. Hirslənib soxub bıçağı".

Xaçmaz polis şöbəsindən də anoloji cavab verildi. 26 yaşlı İsmayıl İlyasov özü-özünə xəsarət yetirib. Bu onun öz-özünə törətdiyi ikinci bıçaqlanma hadisəsidir.
Geri dön