Ana Sayfa > Karusel / Gündəm / M2 > Şahin Mustafayev sədr təyin edildi

Şahin Mustafayev sədr təyin edildi


21-10-2015, 21:06. Yazar: Xeberaz
Şahin Mustafayev sədr təyin edildi

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi təsdiq edilib

Şuranın tərkibi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli fərmanı ilə təsdiq edilib.

Koordinasiya Şurasının sədri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.

Koordinasiya Şurasının üzvləri:

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

Geri dön