Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Yeddi aylıq körpə nar dənəsindən boğuldu

Yeddi aylıq körpə nar dənəsindən boğuldu


21-10-2015, 19:01. Yazar: Xeberaz
Yeddi aylıq körpə nar dənəsindən boğuldu
Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Xəbəraz.az -ın verdiyi xəbərə görə, bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna körpənin dayısı Nurulla Muradov məlumat verib.

Nurulla Muradovun sözlərinə görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib.

Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.
Geri dön