Ana Sayfa > Karusel / Gündəm / M2 > Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər

Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər


20-10-2015, 22:51. Yazar: Xeberaz

Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər
“Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq”

Xəbəraz.
az APA-ya istinadən xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

“Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq”, - deyə nazir müavini bildirib.

M. Pənahov “işsiz qalanlar olacaqmı?” sualına bu cür cavab verib: “Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq”.
Geri dön