Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Narkotikə görə tutuldu, məhkəmə cəzasını iki dəfə azaltdı

Narkotikə görə tutuldu, məhkəmə cəzasını iki dəfə azaltdı


20-10-2015, 22:43. Yazar: Xeberaz
Narkotikə görə tutuldu, məhkəmə cəzasını iki dəfə azaltdı

Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gürcü Guram Geguchadzenin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb

Hakim Rizvan Səfərov sədrliyi ilə keçirilən prosesdə Nizami rayon məhkəməsinin verdiyi hökm dəyişdirilib. Yeni hökmə əsasən Guram Geguchadzenin cəzası 1 il 6 aya endirilib.

Qeyd edək ki, Guram Geguchadzenin Cinayət Məcəlləsinin 234.1 ( qanunsuz narkotik maddələrin dövriyyəsi) təqsirləndirilib. Nizami rayon Məhkəməsinin hokum ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan Guram Geguchadzenin apellyasiya şikayəti verib.(lent.az)
Geri dön