Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Goranboyda partlayış: ailənin 4 üzvü yandı

Goranboyda partlayış: ailənin 4 üzvü yandı


20-10-2015, 20:32. Yazar: Xeberaz
Goranboyda partlayış: ailənin 4 üzvü yandı
Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb. Kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub

Xəbəraz.az TTV-yə istinadən xəbər verir ki, nəticədə ailənin 4 üzvü - İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları - 9 yaşlı Yaqut Qasımova və 8 yaşlı İsa Qasımovmüxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Goranboyda partlayış: ailənin 4 üzvü yandı
Geri dön