Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Nemtsovun qətlində şübhəli bilinən şəxs şikayət etdi

Nemtsovun qətlində şübhəli bilinən şəxs şikayət etdi


12-03-2015, 13:11. Yazar: Xeberaz
Nemtsovun qətlində şübhəli bilinən şəxs şikayət etdi
Məhkəmənin mətbuat katibi danışdı.

Boris Nemtsovun işi üzrə ittiham edilən, qətlində şübhəli bilinən Zaur Dadayevin həbsindən müdafiə tərəfi şikayət edib.

Xeberaz.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Moskvanın Basmannı məhkəməsinin mətbuat katibi Anna Fadeyeva bildirib.

“Dadayevin müdafiəçisindən qəti-imkan şəklində nəzarət altında saxlanılma qərarının ləğv edilməsinə dair şikayət daxil olub”, - mətbuat katibi bildirib.

Beləliklə, saxlanılan beş nəfərdən dördü qərardan şikayət edib.

Xatırladaq ki, B.Nemtsov Moskvanın mərkəzində, fevral ayının 28-nə keçən gecə qətlə yetirilib.
Geri dön