Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Qadın İstanbul hava limanında özünü asdı

Qadın İstanbul hava limanında özünü asdı


19-10-2015, 01:43. Yazar: Xeberaz
Qadın İstanbul hava limanında özünü asdı
İstanbul hava limanında təyyarəyə gecikən Böyük Britaniya vətəndaşı intihar edib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Jaklin Enn Satton İstanbula Londondan oktyabrın 17-də gəlib.

Qadın buradan İraqın Ərbil şəhərinə uçan təyyarəyə minməli idi. Ancaq qadın hava limanı xidmətçilərinədeyib ki, yeni bilet almağa pulu yoxdur. Satton ayaq yoluna gedərək özünü orada asıb. Məlumatda qeyd edilir ki, Rusiyadan olan sərnişin onun asılmış halda görərək polisə xəbər verib.
Geri dön