Ana Sayfa > Karusel / İdman / M2 > Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atıldı

Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atıldı


18-10-2015, 16:07. Yazar: Xeberaz
Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atıldı
İlk oyunlar 12—14 noyabr tarixlərində keçiriləcək.

Bu gün İsveçrənin Nyon şəhərində Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atılıb.

Öz qruplarında 3-cü yerləri tutan səkkiz komanda Parisə son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Püşkatmanın nəticəsinə əsasən, “pley-off”da aşağıdakı cütlüklər qarşılaşacaq.

Ukrayna — Sloveniya
İsveç — Danimarka
Bosniya və Herseqovina — İrlandiya
Norveç — Macarıstan

İlk oyunlar 12—14 noyabr tarixlərində, cavab qarşılaşmaları isə 15—17 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, Avro-2016-nın final mərhələsinin püşkatması Parisdə dekabrın 12-də keçiriləcək.

Avropa Çempionatı Fransada 10 iyun-10 iyul tarixlərində keçiriləcək. oxu.az
Geri dön