Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Suriyada hava zərbələri İŞİD-ə qoşulan azərbaycanlı ailəni məhv etdi

Suriyada hava zərbələri İŞİD-ə qoşulan azərbaycanlı ailəni məhv etdi


16-10-2015, 20:58. Yazar: Xeberaz
Suriyada hava zərbələri İŞİD-ə qoşulan azərbaycanlı ailəni məhv etdi
2 qadın, 6 uşaq öldü.

Suriyanın döyüşlərin getdiyi Deyr-əz-Zor vilayətinin əl-Meyadin şəhərinin mərkəzində binaya endirilən aviazərbələr nəticəsində milliyətcə azərbaycanlı olan 6 uşaq və iki qadın həlak olub.

Bu barədə “Syrian Observatory for Human Rights” təşkilatı məlumat yayıb.

Bildirilir ki, aviazərbələri endirən təyyarələrin beynəlxalq koalisiya yaxud Rusiyaya məxsus olduğu hələ məlum deyil.

Öldürülən şəxslərin ərlərinin İŞİD qruplaşmasının tərkibində döyüşdüyü vurğulanır.Oxu.Az
Geri dön