Ana Sayfa > Karusel / Dünya / M2 > Fransada məscidi təhqir etdilər

Fransada məscidi təhqir etdilər


16-10-2015, 20:56. Yazar: Xeberaz
Fransada məscidi təhqir etdilər
“Bu, qorxaq hərəkətdir”.

Naməlum şəxslər Fransanın cənubunda Oban şəhərində məscidin dinamikinin barmaqlığına donuz başı bərkidiblər, Frans Press agentliyi məlumat yayıb.

RİA Novosti-yə xəbər verir ki, məscidə gələnlərdən biri donuzun başını cümə axşamı axşam saatlarında aşkar edib.

Provans-Alp-Lacivərd sahili regionunun müsəlmanlar şurası bu hadisə ilə əlaqədar narahatçılığını bildirib, onun sözlərinə görə, bu hadisə Obana müsəlmanlarını həyəcan və çaşqınlığa qərq edib.

“Provans-Alp-Lacivərd sahil regionunun müsəlmanlar şurası dua və iman məkanına toxunan bu qorxaq hərəkəti pisləyir... Region müsəlmanları ayıq-sayıq olmağa çağırır”, - birliyin bəyanatında deyilir.
Geri dön