Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > Ev al və Türkiyə vətəndaşı ol

Ev al və Türkiyə vətəndaşı ol


16-10-2015, 13:53. Yazar: Xeberaz
Ev al və Türkiyə vətəndaşı ol
“Biz bu məsələ üzrə ciddi iş aparırıq”.

Türkiyədə əmlaka sahib olan xarici vətəndaşlar Türkiyə vətəndaşlığı ala bilərlər, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Nazirin sözlərinə görə, hal-hazırda müvafiq qərarın layihəsi üzərində iş başlayıb.

“Bizim bayrağımız olan əmlak hüququ şəhadətnaməsinə malik olan hər kəs bizim vətəndaşımızdır. Biz bu məsələ üzrə ciddi iş aparırıq. Hələlik bütün detallar aydınlaşdırılmayıb, amma biz burada əmlak alan hər kəsə vətəndaşlıq təqdim edəcəyik”, - o deyib.

Zeybekçi qeyd edib ki, Nazirlər Şurası bu barədə artıq məlumatlandırılıb, amma bu qərarın qüvvəyə minməsi zaman alacaq. İqtisadiyyat naziri xarici vətəndaşları əmlak satışının bir növ ixrac olmasına əmin edib.

Qeyd edək ki, yeni qərar xaricilərə mənzil satan inşaat şirkətlərinə, eləcə də xaricilərin istirahət etdiyi mehmanxanalara toxunacaq. Oxu.Az
Geri dön