Ana Sayfa > Karusel / Hadisə / M2 > Yaşlı kişi ölümcül döyüldü - FOTO

Yaşlı kişi ölümcül döyüldü - FOTO


15-10-2015, 15:07. Yazar: Xeberaz
Yaşlı kişi ölümcül döyüldü - FOTO
Bərdə rayonunda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Divanlı kənd sakini, 1958-ci il təvəllüdlü Qasımov Fərrux Xəlil oğlu həmkəndliləri tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan 57 yaşlı kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirirlər. Rayon polis şöbəsində hadisənin araşdırılması, həmçinin onu törədən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Geri dön