Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV / Məşhurların Taleyi > Hülya Avşar bu reklamın yayımını dayandırdı - video

Hülya Avşar bu reklamın yayımını dayandırdı - video


15-10-2015, 14:41. Yazar: Xeberaz
Hülya Avşar bu reklamın yayımını dayandırdı - video
Aktrisa və müğənni Hülya Avşarın siması olduğu şirkətin reklamı 10 gün əvvəl yayımlanmağa başlayıb.

Xeberaz.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, videoda "Ankaranın bağları" mahnısının sədaları altında yelkənli gəmi idarə edən sənətçi reklam çarxının dayandırılmasını istəyib.

O, bunu Ankarada 100 nəfərin dünyasını dəyişməsi ilə nəticələnən terror hücumu ilə əlaqələndirib. H.Avşar qızı ilə çəkildiyi reklamın bir müddət yayımlanmaması üçün firmadan xahiş edib.

Şirkət də bu qərarla həmfikir olduğunu açıqlayıb.

Qeyd edək ki, H.Avşar terror baş verdikdən sonra sosial şəbəkədə "Kimsə gəlib bizi xilas etsin artıq" yazmışdı.

Geri dön