Ana Sayfa > Karusel / Səhiyyə / Foto-fakt > Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar

Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar


14-10-2015, 21:57. Yazar: Xeberaz
Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar

Oktyabrın 14-də Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilibdir

Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar da həvəslə iştirak ediblər.Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilibdir.

Aksiyada 211 nəfər qan veribdir. Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildiribdir ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.
Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar
Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar
Tərtərdə qanvermə aksiyası keçirilibdir - Fotolar
Geri dön