Ana Sayfa > Karusel / Səhiyyə / Maraqlı / M2 > Dişlərin təbii yolla ağardılması

Dişlərin təbii yolla ağardılması


29-03-2015, 00:54. Yazar: Emil
Dişlərin təbii yolla ağardılması

Zeytunyağı.
Zeytunyağı, təəccüblü bir gülümsəmə üçün bəlkə də ən asan həlldir. Dişlərinizdəki bütün tünd ləkələri ortadan qaldırar və dişləri ağardar. Bir parça pambığı götürüb zeytunyağına batırın və dişlərinizə çəkin. Bir neçə dəqiqə içində, fərqi dəqiqliklə görəcəksiniz!
Portağal qabığı.
Sitrus bitkilərindən,yalnız dəri və bədən baxımında deyil,eyni zamanda diş baxımında da istifadə edilər.Portağal qabıqlarının iç tərəfi ilə dişlərinizə çəkin,daha sonra soyuq su ilə ağızınızı yaxalayın.Ləkəsiz bir gülümsəmə üçün çox bahalı əməliyyatlara gərək olmadığını görəcəksiniz.
Qurudulmuş dəfnə yarpağı.
2 çay qaşığı qurudulmuş və ya toz şəklindəki dəfnə yarpağını və 2 çay qaşığı incə rəndələnmiş portağal qabığını qarışdırın. Dişlərinizi bu qarışıq ilə 4-5 dəqiqə boyunca yaxşıca yuyun. Daha sonra soyuq su ilə ağızını təmizləyin və nəticəyə baxın!
Ağ sirkə.
Diş fırçasının üzərinə bir neçə damcı ağ sirkə tətbiq edin və dişlərinizi fırçalayın.Sonra soyuq su ilə durulayın. Nizamlı olaraq bir neçə tətbiq etdikdən sonra,sirkənin ağartma təsiri sayəsində mükəmməl bir gülümsəməyə sahib olacaqsınız!
Geri dön