Ana Sayfa > Karusel / Dünya / M2 > Tanınmış modelin ailəsində ağır itki

Tanınmış modelin ailəsində ağır itki


14-10-2015, 21:09. Yazar: Xeberaz
Tanınmış modelin ailəsində ağır itki

Türkiyəli model Ece Gürselin ailəsinə ağır itki üz verib

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, modelin atası Tayfun Gürsel evində ölü tapılıb.

Tibbi ekspertizadan sonra Ecenin atasının hamamda infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub. T.Gürselin cənazəsi modelin ailə üzvlərinə təhvil verilib. Göz yaşlarını saxlaya bilməyən Ece jurnalistlərin suallarını cavablandıra bilməyib.

Modelin atasının bu gün dəfn ediləcəyi deyilir.

Geri dön