Ana Sayfa > Karusel / Dünya / M2 > Putin rusiyalı məmurlara bunu da qadağan etdi

Putin rusiyalı məmurlara bunu da qadağan etdi


14-10-2015, 20:15. Yazar: Xeberaz
Putin rusiyalı məmurlara bunu da qadağan etdi
Rusiyalı məmurlara Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin aviaşirkətlərinin xidmətlərindən istifadə etmək qadağan olunub

APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.

Sözügedən aviaşirkətlərin məmurun ezam olunduğu yerə uçuşları gerçəkləşdirməməsi, habelə aviabiletlərin ezamiyyət müddətini əhatə etməməsi istisna hallar kimi göstərilir.
Geri dön