Ana Sayfa > Karusel / Hadisə / M2 > İmişlidə ölümlə nəticələnən qəza baş verib

İmişlidə ölümlə nəticələnən qəza baş verib


13-10-2015, 20:55. Yazar: Xeberaz
İmişlidə ölümlə nəticələnən qəza baş verib
Faktla bağlı araşdırma aparılır.

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə VAZ 21011 markalı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində ölüb. Dörd nəfər yaralı isə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
Geri dön