Ana Sayfa > Karusel / Gündəm / M2 > Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq


12-10-2015, 13:00. Yazar: Xeberaz

Bu rayonlarda su olmayacaq
Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

“Azərsu” ASC-dən verilən məlumata görə, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Geri dön