Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Samin Dəniz: "Həyatını sənətə həsr edən..."

Samin Dəniz: "Həyatını sənətə həsr edən..."


11-10-2015, 12:15. Yazar: Xeberaz
Samin Dəniz: "Həyatını sənətə həsr edən..."
“Xalq artistini yox, xalqın əsl sənətkarını, həyatını sənətə həsr edən, neçə - neçə obrazlarla Azərbaycan xalqının sevgisini və rəgbətini qazanan bir sənətkarını itirdi.”

Xebera.az-ın məlumatına görə, bu fikirləri gənc istedadlı müğənni Samin Dəniz sosial şəbəkədə Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın vəfatından təsirlənərək qeyd edib. O, Nuriyyə Əhmədova ilə bağlı xatirələrini bölüşüb: “ Çox xoşbəxtəm ki, sağlığında onunla görüşə bilmişdim, səmimiliyi və sadəliyi ilə seçilən Nuriyyə xanımı bu gündən sonra Azərbaycan səhnəsində çox təsüf ki, görə bilməyəçəyik. Bir dəfə hec yadımdan çıxmaz 2006-cı ildə olu ilk dəfə görəndə, yaxınlaşıb şəkil çəkdirmək istədiyimi bildirdim, həyacandan adını səf salmışdım, qayıdıb xalq artistimiz Həmidə Ömərova dedi ki : “Uşaq çaşdırıbə adları görəsən..., Ey həyat sən nə qəribəsən, Nuriyyə xanımın çəkdiyi əzablara bəlkədə hər bir qadın dözməzdi, həyat onu yordugca o daim ayagda idi... Allah rəhmət eləsin! Qəbriniz nurla dolsun!”

Məlumat üçün bildirək ki, 1950-ci il 26 dekabrda Bakıda anadan olan xalq artisti Nuriyyə Əhmədova iki övladını faciəvi şəkildə itirib: oğlu Əli İslamzadə xərçəng xəstəliyindən vəfat edib, qızı isə həyat yoldaşı tərəfindən öldürülüb.
Geri dön