Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > “İŞİD” Suriyada 6 kəndi tutdu

“İŞİD” Suriyada 6 kəndi tutdu


10-10-2015, 12:28. Yazar: Xeberaz
“İŞİD” Suriyada 6 kəndi tutdu


Rusiyanın davamlı aviasiya zərbələrinə baxmayaraq, “İŞİD” qruplaşması Suriyanın Hələb şəhəri ətrafında genişmiqyaslı hücum əməliyyatına başlayıb

Bu barədə “The New York Times” məlumat yayıb. “İŞİD”çilərin 6 yaşayış məntəqəsini ələ keçirdikləri bildirilir. Hazırda onlar Hələbin şimalındadır və Əsəd qoşunlarının mövqeləri ilə aralarında 2 km məsafə var.

Bu, son həftələrdə “İŞİD”in ən iri əməliyyatıdır. Xatırladaq ki bir gün əvvəl Hələb yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Həmədani öldürülüb. (apa)

Geri dön