Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Fransa HHQ İŞİD-i bombardman etdi

Fransa HHQ İŞİD-i bombardman etdi


9-10-2015, 14:19. Yazar: Xeberaz
Fransa HHQ İŞİD-i bombardman etdi
“Qoyulan tapşırıq yerinə yetirilib”.

Oktyabrın 9-da Fransa HHQ (Hərbi hava qüvvələri) “İslam dövləti” (İŞİD) terror qruplaşmasının Suriyada yerləşən təlim düşərgəsinə aviazərbələr endirib.

Bu barədə Reuters ölkənin müdafiə naziri Jan-İv Le Driana istinadən xəbər verir.

“Fransa “İslam Dövləti”nin yaraqlılarına Rakkada hücum edib. Bu, bizim nə birinci, nə də sonuncu əməliyyatımızdır. “Rafali”lər yaraqlılarının düşərgələrini bombalayıblar. Qoyulan tapşırıq yerinə yetirilib”, - Drian bəyan edib.

Suriyada ekstremistlərin mövqelərinə ilk bombardmanı Fransa HHQ sentyabrın 30-da həyata keçirib. O zaman 30 yaraqlı məhv edilmişdi.
Geri dön