Ana Sayfa > Karusel / Dünya / M2 > Küçədəki əxlaqsız kişi döyüldü - VİDEO - FOTO

Küçədəki əxlaqsız kişi döyüldü - VİDEO - FOTO


8-10-2015, 11:36. Yazar: Xeberaz
Küçədəki əxlaqsız kişi döyüldü - VİDEO - FOTO




Xerardo Krus Barqueyronu küçədə döyürdülər. Polis özünü çatdırmasaydı, kütlə onu öldürə də bilərdi.
Səbəb 47 yaşlı Xerardonun səkidə yeriyən qadına arxadan yaxınlaşaraq əlindəki smartfonla "çəkiliş" aparması idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Kosta-Rikanın paytaxtı San-Xosedə yaşanıb.
Xerardo Krus Barqueyronun əlindəki smartfonun kamerasını önündəki qadının yubkasının altına yönəltdiyini 18 yaşlı gənc görüb.
Gənc əvvəlcə qadına yaxınlaşaraq: "Sizi o kişi çəkirdi", - deyib, sonra aradan çıxmağa çalışan Xerardonu haqlayaraq: "Utanmırsınız, manyak kimi davranırsınız, əxlaqsızlıq edirsiniz", - deyib.
Xerardo Krus Barqueyro: "Sən nə danışırsan?!" - söyləyərək mübahisəyə başlayanda ətrafa insanlar toplaşmağa başlayıblar.

Barqueyro taksiyə oturaraq aradan çıxmaq istəsə də, toplaşanlar onu sürüyüb maşından salıblar.
Az sonra isə Barqueyro döyülüb.




Geri dön