Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda qəza: Ölən var

Bakıda qəza: Ölən var


5-10-2015, 13:15. Yazar: Xeberaz
Bakıda qəza: Ölən var
BPİ məlumat yaydı.

Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.

Xəbəraz.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 4-ü saat 21:25 radələrində Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili idarəetməni itirərək maneəyə vurub.

Nəticədə Ə.Əmirov 3 saylı xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön