Ana Sayfa > Karusel / Hadisə / M2 > Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb
Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb5-10-2015, 00:43. Yazar: Xeberaz |
Faktla bağlı araşdırma aparılır. Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Xəbəraz.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb. “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb. Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb. Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. Geri dön |