Ana Sayfa > Karusel / Dünya / M2 > Müqtəda Sədr Səudiyyəyə xəbərdarlıq etdi.

Müqtəda Sədr Səudiyyəyə xəbərdarlıq etdi.


28-03-2015, 16:08. Yazar: Xeberaz
Müqtəda Sədr Səudiyyəyə xəbərdarlıq etdi.

Xeberaz.az -ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən təcavüzünün sonunun onlar üçün heç də yaxşı olmayacağını vurğulayıb. "Qoy millətlər öz taleyini özü müəyyənləşdirsin!"- başlığı altında bəyanat yayaraq, İraq və Yəməndəki prosesləri dəyərləndirən Mütqəda Sədr ərəb qüvvələrinin Yəmənə müdaxiləsinin Yəmən xalqının daxili işlərinə müdaxilə olduğunu bildirib. Müqtəda Sədr Yəmən torpaqlarına hava hücumlarının ərəb və İslami vəhdətinin xeyrinə olmayacağını, Yəməndə Mansur Hadiyə legitimlik qazandırmaq üçün minlərlə Yəmənlinin həyatını itirdiyini vurğulayıb. Səudiyyə Ərəbistanına xəbərdarlıq edən Sədr Ərəbistan və müttəfiqlərinin Yəmənə təcavüzünün sonunun onlar üçün heç də yaxşı olmayacağını qeyd edib.
Mənbə : İslamazeri
Geri dön