Ana Sayfa > Karusel / Hadisə / M2 > Xaçmazda yanğın: Ölən var

Xaçmazda yanğın: Ölən var


3-10-2015, 10:54. Yazar: Xeberaz
Xaçmazda yanğın: Ölən var
FHN məlumat yaydı.

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

Xəbəraz.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1980-ci il təvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyiti aşkar olunub.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön