Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncədə təzə gəlin döyüldü

Gəncədə təzə gəlin döyüldü


2-10-2015, 20:25. Yazar: Xeberaz
Gəncədə təzə gəlin döyüldü
Məsimova qaçırılıb.

Gəncədə yeni toyu olan qız döyülüb.

Xəbəraz.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Ayişə Məsimova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. A. Məsimovanın dediyinə görə, o qayınanası, qaynı və yoldaşının bibisi tərəfindən döyülüb.

A. Məsimovanın sentyabrın 19-da Saqil Verdiyev tərəfindən qaçırıldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön