Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Bakıda fəhlə 18-ci mərtəbədən yıxıldı

Bakıda fəhlə 18-ci mərtəbədən yıxıldı


2-10-2015, 17:00. Yazar: Xeberaz
Bakıda fəhlə 18-ci mərtəbədən yıxıldı
O, ölüb.

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Xəbəraz.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 1-də Xətai rayonu A.Cəlilov küçəsində yeni inşa edilməkdə olan 18 mərtəbəli binada qeydə alınıb.

Orada işləyən Bakı şəhər sakini Ramil Abbasov binanın 18-ci mərtəbəsindən yıxılaraq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön