Ana Sayfa > Karusel / Gündəm / M2 > Ramiz Rövşən iki film ssenarisi yazdı

Ramiz Rövşən iki film ssenarisi yazdı


2-10-2015, 14:47. Yazar: Xeberaz
Ramiz Rövşən iki film ssenarisi yazdı


Şair, kino-dramaturq Ramiz Rövşən yeni film ssenarisi yazıb

R.Rövşən "Report"a açıqlamasında deyib ki, ssenarilər artıq hazırdır:

"İki kinossenari yazmışam. Hələlik, ssenariləri kinostudiyaya təqdim etməmişəm".

Eyni zamanda, şair ötən illərdə yazılan əsərlərindən ibarət "Seçilmiş əsərlər" kitabı çap etdirməyi planlaşdırır: "Hərçənd, mənim seçilməyən əsərim yoxdur. Hamısı seçilmiş əsərlərdir".

Xatırladaq ki, Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Geri dön