Ana Sayfa > Karusel / Dünya / M2 > İranın qadınlardan ibarət futbol yığmasının 8 oyunçusu kişi çıxdı

İranın qadınlardan ibarət futbol yığmasının 8 oyunçusu kişi çıxdı


2-10-2015, 12:47. Yazar: Xeberaz
İranın qadınlardan ibarət futbol yığmasının 8 oyunçusu kişi çıxdı
Onlar bu yaxınlarda cinsini dəyişmək üçün əməliyyat olunacaqlar.

İranın futbol üzrə qadınlardan ibarət milli yığmasının 8 oyunçusu kişi çıxıb.

Bu barədə İran futbol liqasının rəsmi nümayəndəsi Mödtabi Şərifi bildirib.

O futbolçuların adlarının açıqlanmasını istəməyib, və yalnız bildirib ki, onlar bu yaxınlarda cinsini dəyişmək üçün əməliyyat olunacaqlar.

Futbolçulardan bəzilərinin əvvəllər kişilərin turnirlərində iştirak etdikləri bildirilir.

Qalmaqalla əlaqədar, İran höküməti ölkənin futbol üzrə qadınlardan ibarət milli yığmasının bütün oyunçularının cinsi mənsubiyyətinin yoxlanılması barədə göstəriş verib.

Qeyd edək ki, bu İran futbolunda ilk belə qalmaqal deyil. 2014-cü ildə futbol üzrə qadınlardan ibarət İran yığmasının gender testini keçə bilməyən 4 oyuçusu diskvalifikasiya edilmişdi. Oxşar hal 2010-ci ildə də baş vermişdir.

İranda cinsi dəyişmək üçün keçirilən əməliyyatlara 1979-cu ildə icazə verilib.
Geri dön